Bank Of Baku

“Neftçi” Kvirkveliya ilə vidalaşmaq niyyətindədir

“Neftçi” Kvirkveliya ilə vidalaşmaq niyyətindədir
# 19 iyun 2023 17:10 (UTC +04:00)

“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” mövsümün əvvəlində böyük ümidlərlə transfer etdiyi Solomon Kvirkveliya ilə vidalaşmaq niyyətindədir.

Klub rəhbərliyi gürcü müdafiəçi ilə yollarını ayırıb, başqa arxa xətt oyunçusu ilə anlaşmaq istəyir. Hazırda tərəflər arasında danışıqlar gedir. Böyük ehtimalla gürcü müdafiəçi yeni mövsümə “Neftçi”də başlamayacaq.

Qeyd edək ki, Solomon Premyer Liqanın başa çatan mövsümündə keçirdiyi 33 matçda 2 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR