Bank Of Baku

“Neftçi”nin baş icraçı direktoru: “İnkişafı 4 istiqamətdə görürük”

“Neftçi”nin baş icraçı direktoru: “İnkişafı 4 istiqamətdə görürük”
# 25 iyul 2023 13:38 (UTC +04:00)

“Klubun inkişafını 4 istiqamətdə görürük”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov deyib.

O, bu vəzifəyə təyinatı ilə bağlı SOCAR-ın baş ofisində təşkil olunan təqdimat mərasimində fikirlərini açıqlayıb. “Ağ-qaralar”ın hədəfləri, məqsədləri və planlarına da toxunan Mahmudov bildirib ki, bunlar idman tərəfi, doğru idarəetmə, maliyyə resursları və azarkeşlərlə düzgün kommunikasiyanın qurulmasıdır: "Bütün bunlar təmin edildikdən sonra klubun fəaliyyətində dönüş yaranacağına ümid edirik".

Qeyd edək ki, “Neftçi”nin baş icraçı direktoru klub rəhbərliyinə Kamran Quliyevin prezident vəzifəsindən azad edilməsindən sonra təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR