Bank Of Baku

“Neftçi”nin yeni baş icraçı direktoru təqdim olunub

“Neftçi”nin yeni baş icraçı direktoru təqdim olunub
# 25 iyul 2023 13:00 (UTC +04:00)

“Neftçi”nin yeni baş icraçı direktor Fərrux Mahmudovun təqdimat mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir SOCAR-ın baş ofisində təşkil olunub.

Mahmudov “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən mediaya təqdim edilib. Baş icraçı direktor təqdim olunduqdan sonra mətbuat konfransı baş tutub. Nəcəf və Mahmudov media nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, Mahmudov iyulun 24-də “Neftçi”nin baş icraçı direktoru təyin olunub. Onun təyinatı Kamran Quliyevin prezident vəzifəsindən azad edilməsindən sonra gerçəkləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR