Bank Of Baku

Neymar "Əl-Hilal" komandası ilə yollarını ayırıb

Braziliya millisinin üzvü Neymar

© APA | Braziliya millisinin üzvü Neymar

# 28 yanvar 2025 07:43 (UTC +04:00)

Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılıb.

APA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz iki yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sambaçı"nın sabiq komandası "Santos"a (Braziliya) geri dönəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-ci yayında "Əl-Hilal"a transfer olunan hücumçu zədə səbəbindən ümumilikdə 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR