Bank Of Baku

Neymar yığmada Pelenin qol rekordunu yeniləyib

Neymar yığmada Pelenin qol rekordunu yeniləyib
# 09 sentyabr 2023 08:40 (UTC +04:00)

Braziliya millisinin hücumçusu Neymar əfsanəvi futbolçu Pelenin milli komandadakı qol rekordunu yeniləyib.

APA xəbər verir ki, bu göstəriciyə o, Boliviya millisi ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsində ki matçda dubl edərək nail olub.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Braziliyada iki qol vuran Neymar yığma komandadakı qol hesabını 79-a çatdıırıb.

Bununla o, 77 qola vuran əfsanəvi futbolçu Peleni geridə qoyub.

Qeyd edək ki, Boliviya ilə matçın 17-ci dəqiqəsində Neymar təyin olunmuş penalti zərbəsini yerinə yetirə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR