Kasko sığortası bazarında yığımlar 10%, ödənişlər isə 8,4% azalıb

Kasko sığortası bazarında yığımlar 10%, ödənişlər isə 8,4% azalıb
# 17 iyun 2015 08:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-may aylarında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb.

APA-economics” xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu növ sığortadan toplanan sığorta haqqı 28,6 dəfə artaraq 364,9 min manat təşkil edib. Bundan başqa, su nəqliyyat vasitələrinin sığortasında yığım 7 dəfə artaraq 2 mln. manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 6,6 dəfə artaraq 1,16 mln. manat olub.

Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 23,1% artaraq 31,8 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 4,7 dəfə artaraq 160 min manat, fərdi qəza və xəstəlik sığortasında 12,3% artaraq 4,7 mln. manat, səfər sığortasında 8% artaraq 732,7 min manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 7,5% artaraq 18,8 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 2,2 dəfə artaraq 13,4 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 8,7% artaraq 209,4 min manat, avtomobillərin icbari sığortasında isə 19,1% artaraq 30 mln. manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 15% artaraq 73,5 min manat təşkil edib.

5 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 35,2% azalaraq 204,2 min manata düşüb. Bundan başqa, auditorların peşə məsuliyyətinin icbari sığortasında yığım 30,3% azalaraq 3285 manat, işəgötürənin məsuliyyət sığortasında isə yığım 24,7% azalaraq 353,7 min manat olub.

Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 0,1% azalaraq 6,6 mln. manat, tibbi sığortada 6% azalaraq 40 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 7,6% azalaraq 11,8 mln. manat, avtomobillərin könüllü sığortasında 10% azalaraq 12,9 mln. manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 3,6% azalaraq 413,7 min manat təşkil edib.

Bu ilin yanvar-may aylarında sığorta ödənişlərinin ən ciddi artımı isə həyatın yaşam sığortasında qeydə alınıb. Bu növ sığortada ödənişlər 14 dəfə artaraq 23,07 mln. manat təşkil edib. Bundan başqa, həyatın ölüm halından sığortasında ödəniş 3,3 dəfə artaraq 1,22 mln. manat, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında isə 2,7 dəfə artaraq 61,3 min manat olub.

Sığorta ödənişlərinin məbləği tibbi sığortada 8,3% artaraq 20,6 mln. manat, avtomobillərin icbari sığortasında isə 17,1% artaraq 12,9 mln. manat təşkil edib.

5 ay ərzində sığorta ödənişlərinin ən çox azalması əmlakın yanğından və digər risklərdən sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödəniş 85,4% azalaraq 831 min manat təşkil edib. Bundan başqa, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında ödəniş 80,9% azalaraq 2 min manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında isə 75,9% azalaraq 72,7 min manat olub.

Sığorta ödənişlərinin məbləği fərdi qəza və xəstəlik sığortasında ödəniş 2,6% azalaraq 471,3 min manat, səfər sığortasında 9,2% azalaraq 81,6 min manat, kasko sığortasında 8,4% azalaraq 10,3 mln. manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortada 4,7% azalaraq 859,1 min manat, daşınmaz əmlakın icbari sığortasında isə 53,1% azalaraq 407,4 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR