Rusiyada şaxtada partlayış baş verib

Rusiyada şaxtada partlayış baş verib
# 24 iyul 2017 19:49 (UTC +04:00)

Rusiyanın Kemerovo vilayətindəki “Anjerskaya Yujnaya” şaxtasında partlayış baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, mədəndə metan qazı partlayıb.

Hazırda dağıntılar altında qalan şaxtaçıların evakuasiyası həyata keçirilir. İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər itkin düşüb. 79 şaxtaçı özü şaxtadan çıxa bilib. Ölən və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR