Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Tovuzda avtomobil aşıb, 5 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2017 10:00 (UTC +04:00)

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində avtomobilin sürücüsü, rayonun Alakol kənd sakini, 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, sərnişinlər, 1981-ci il təvəllüdlü Bəhmən Məsimov, 1987-ci il təvəllüdlü Sədi Məsimov, 1982-ci il təvəllüdlü Vüqar Həsənli və 1978-ci il təvəllüdlü Asəf İbadov xəsarət alıblar.

Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR