Fransa XİN rəhbəri: “Yaxın günlərdə Donbasda hərbi texnikanın geri çəkilməsinə başlanılmalıdır”

Fransa XİN rəhbəri: “Yaxın günlərdə Donbasda hərbi texnikanın geri çəkilməsinə başlanılmalıdır”
# 24 iyun 2015 08:14 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı Fransada keçirilən danışıqların yekunlarına dair qəbul olunan bəyanatda deyilir.

Bəyanatı səsləndirən Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, danışıqlarda Minsk anlaşmalarının tam yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

“Bununla əlaqədar iyulun 2-də işçi qrupunun iclasının keçirilməsini alqışlayırıq”, - deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, yaxın günlərdə Donbasdakı münaqişə zonasından hərbi texnikanın geri çəkilməsinə başlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR