Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər xəsarət alıb

Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər xəsarət alıb
# 16 yanvar 2018 06:43 (UTC +04:00)

Lənkəran-Lerik yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, Lerik rayonunun Hamarmeşə kəndində rayonun Nodar kənd sakini Teymur Norxan oğlu Zərbiyev hərəkətdə olan avtomobilinin sükanı arxasında yuxulayıb. Avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bunlar Lerik rayon sakinləri - 1953-cü il təvəllüdlü Norxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Norxan oğlu Zərbiyev, 1959-cu il təvəllüdlü Aygün Məmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təvəllüdlü Adoğlan İbadət oğlu Əliyev və 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyevadır.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR