Bakıda mənzildən 3 min manat və 40 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 3 min manat və 40 min manatlıq qızıl oğurlanıb
# 17 noyabr 2016 08:49 (UTC +04:00)

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktaybrın 19-da Bakı şəhər sakini Eldar Məhərrəmovun evindən 3000 manat pul və 40000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini Elvin Alıyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR