Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan və Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb
# 29 may 2015 07:59 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclası çərçivəsində Argentina mədəniyyət naziri ilə görüşən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

100-cü sessiya “Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçirilib. Sessiyada 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunması istiqamətində müzakirə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR