Manatın xarici valyutalara nisbətdə məzənnəsi açıqlanıb

Manatın xarici valyutalara nisbətdə məzənnəsi açıqlanıb
# 10 noyabr 2016 06:35 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,82% zəifləyərək 0,5215 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdır. Beləliklə, funt sterlinq 0,78%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,25% azalaraq 0,6822 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR