Danimarkalı velosipedçi: “Ən böyük hədəfim Bakıda medal qazanmaqdır”

Danimarkalı velosipedçi: “Ən böyük hədəfim Bakıda medal qazanmaqdır”
# 05 iyun 2015 09:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Məlumdur ki, Avropa oyunlarında qələbə böyük nailiyyətdir və mən bu baxımdan özümü formada hiss edirəm”.

APA-nın Danimarkanın “tv2lorry.dk” saytına istinadən verdiyi məlumata görə, bunu velosipedçi, 21 yaşlı Simone Kristensen deyib.

O, Avropa Oyunlarında medal qazanacağına əmindir: “Daha əvvəl Avropa Çempionatında bürünc medal qazanmışam və Dünya Kubokunda 4-cü yerə çıxmışam. Ən böyük hədəfim Bakıda medal qazanmaqdır. Rəqiblərimin hamısını keçə bilərəm. Hər şey sürətlə dəyişir. Ona görə də sən qalibiyyətdən axırıncı yerə də düşə bilərsən. İnanıram ki, finalda birinci olacam və podiuma çıxacam”.

S. Kristensen 2016-cı ildə Rio de Janeyrodakı Olimpiya Oyunlarına da qatılmaq arzusunda olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR