İstanbulda “Azərbaycan - İdman diqqət mərkəzində” adlı sərgi keçirilib - FOTOSESSİYA

İstanbulda “Azərbaycan - İdman diqqət mərkəzində” adlı sərgi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyun 2015 09:11 (UTC +04:00)

Bakı – APA. 6-12 iyun tarixlərində İstanbuldakı “İstinye Park”da Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Azərbaycan – İdman diqqət mərkəzində” adlı foto sərgi keçirilib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, “Baku – 2015” I Avropa Oyunlarına həsr olunmuş foto müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi kimi mövzuları əhatə edib.

2014-cü ildə TEAS-ın elan etdiyi foto-müsabiqəyə 10 ölkənin 60-a yaxın fotoqrafından 300-dən artıq fotoşəkil daxil olub. Onların arasında seçim ediləndən sonra peşəkar azərbaycanlı fotoqraf Dilavər Nəcəfovun “Çəhrayi lentli gimnast” adlı fotoşəkli üç aparıcı fotoqrafdan ibarət beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin qalibi seçilib. Dilavər bütün karyerasını foto sənətinə həsr etmiş çox az sayda olan azərbaycanlı fotoqraflardan biridir. O, uşaqlıqda atası tərəfindən ona hədiyyə edilən fotokamera və digər foto avadanlıqlarla ik dəfə tanış olduqdan sonra bu incəsənət növü ilə dərindən maraqlanmağa başlayıb. Dilavər idman nailiyyətlərinin mahiyyətini şəkillərə həkk etməklə tanınıb və 20 ilə yaxın müddətdə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi fotoqrafı vəzifəsində çalışıb. Onun işləri tez-tez nazirliyin nəşrlərində istifadə olunur.

Bu günə qədər “Azərbaycan – İdman diqqət mərkəzində” adlı foto sərgi London, Nitsa, Maastrixt, Berlin və Parisdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR