Bank Of Baku

“Qalatasaray” Ahmed Kutucunu transfer edib

“Qalatasaray” Ahmed Kutucunu transfer edib
# 24 yanvar 2025 09:18 (UTC +04:00)

Qış transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini Türkiyə millisinin futbolçusu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul klubu "Eyüpspor"un cinah oyunçusu Ahmed Kutucunu heyətinə cəlb edib.

24 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

"Qalatasaray" bu transfer üçün "Eyüpspor"a 5.962.500 avro ödəyəcək.

Qeyd edək ki, cari mövsümdə 20 matça çıxan Kutucu 9 qol, 7 asistlə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR