Bank Of Baku

“Qalatasaray” - “Fənərbaxça” derbisini sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək

Slavko Vinçiç

© APA | Slavko Vinçiç

# 20 fevral 2025 12:01 (UTC +04:00)

Futbol üzrə Türkiyə çempionatının növbəti turunda “Qalatasaray” - “Fənərbaxça” derbisini sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasından bildirilib.

Qeyd edəlk ki, İstanbul nəhəngləri arasında qarşılaşmanı yerli, yaxud əcnəbi hakimin idarə edəcəyi uzun müddətdir, müzakirə olunurdu.

Derbi fevralın 24-də keçiriləcək.

“Qalatasaray” hazırda turnir cədvəlində 63 xalla birinci, “Fənərbaxça” 57 xalla ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR