Bank Of Baku

“Qalatasaray” matçı öncəsi “Beşiktaş”ın iki oyunçusu zədələnib

“Qalatasaray” matçı öncəsi “Beşiktaş”ın iki oyunçusu zədələnib
# 23 mart 2025 18:23 (UTC +04:00)

Türkiyə Super Liqası təmsilçilərindən "Beşiktaş" "Qalatasaray" matçı öncəsi yoxlama görüşü keçirib.

Apasport.az xəbər verir ki, "İstanbulspor"la qarşılaşan komanda, meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

"Qara qartal" vacib görüş öncəsi 2 ciddi itki ilə üzləşib.

Yarımmüdafiəçilər Rafa Silva və Aleks-Oksleyd Çamberlayn sıradan çıxıb. Futbolçularının vəziyyətinin qarşıdakı günlərdə müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" matçı martın 29-su Bakı vaxtilə saat 21:30-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR