Bank Of Baku

“Qarabağ” Avropa Liqasının pley-offunda “Qalatasaray”la qarşılaşa bilər

“Qarabağ” Avropa Liqasının pley-offunda “Qalatasaray”la qarşılaşa bilər
# 07 avqust 2023 15:33 (UTC +04:00)

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi müəyyənləşib.

III təsnifat mərhələsində Finlandiya HİK-i ilə görüşəcək Qurban Qurbanovun yetirmələri turu adlasa, Çempionlar Liqasının “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. İlk oyunlar avqustun 24-də, cavab görüşləri 31-də baş tutacaq. “Qarabağ” – HİK cütünün qalibi pley-offa səfərdə başlayacaq.

Qeyd edək ki, Ağdam təmsilçisinin Helsinki klubu ilə ilk matçı avqustun 10-da, cavab qarşılaşması 17-də təşkil olunacaq. Çempionumuz ilk oyunu evdə keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR