Bank Of Baku

“Qarabağ” dünyanın ən güclü klubları arasındadır

“Qarabağ” dünyanın ən güclü klubları arasındadır
# 12 may 2023 12:47 (UTC +04:00)

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in siyahısında planetin ən güclü 300 komandası yer alıb.

Cədvəldə Azərbaycan bir klubla təmsil olunub. Son ölkə çempionu və Misli Premyer Liqasının hazırkı lideri “Qarabağ” dünyanın 67-ci komandasıdır.

Qurban Qurbanovun yetirmələrinin hesabında 141 xal var. Ağdam klubu ötən cədvəllə müqayisədə 5 pillə geriləyib.

Qeyd edək ki, reytinqin lideri dəyişib. 320 xala malik “Real” 1-ci pilləyə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR