Bank Of Baku

“Qarabağ” – HİK oyununun stadionu və vaxtı açıqlanıb

“Qarabağ” – HİK oyununun stadionu və vaxtı açıqlanıb
# 03 avqust 2023 15:01 (UTC +04:00)

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Ağdam klubu Finlandiya çempionu HİK-i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Avqustun 10-da keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması Helsinki stadionunda təşkil olunacaq. Avqustun 17-dəki bu matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” və HİK Çempionlar Liqasının II təsnifat mərhələsində uduzaraq Avropa Liqasına yuvarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR