Bank Of Baku

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində mümkün rəqibi dəqiqləşib

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində mümkün rəqibi dəqiqləşib
# 21 iyun 2023 14:15 (UTC +04:00)

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi dəqiqləşib.

I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə görüşəcək Qurban Qurbanovun yetirmələri bu mərhələni keçsə, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə ilə qarşılaşacaq. “Linkoln” – “Qarabağ” duelinin güclüsü ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək. I təsnifat mərhələsi isə iyulun 11-12-də və 18-19-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR