Bank Of Baku

“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başlayıb

“Qəbələ” polşalı qapıçı ilə danışıqlara başlayıb
# 06 iyul 2023 16:42 (UTC +04:00)

Konfrans Liqasına hazırlaşan "Qəbələ" heyətinə qapıçı cəlb etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bölgə təmsilçisi Karol Niemçikin xidmətində maraqlıdır.

“Qırmızı-qaralar” ötən mövsüm "Krakoviya"nın qapısını qorumuş 24 yaşlı çərçivə qoruyucusunu transfer etmək istəyir. Karol karyerası ərzində “Breda”da da forma geyinib.

Polşanın U-20 və U-21 millilərində oynamış futbolçu ilə danışıqlara start verilib. “Qəbələ” transferi yaxın müddətdə gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, Karol ötən mövsüm Polşa çempionatında 31 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR