Bank Of Baku

Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır

Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır
# 17 may 2023 18:31 (UTC +04:00)

“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı isveçrəli yarımmüdafiəçi “Bayer”lə razılıq əldə edib.

Tərəflər müqavilənin bütün şərtlərində ortaq məxrəcə gəlib. O, yayda Leverkuzen təmsilçisinə qoşulacaq. Caka “aspirinlər”lə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, cari mövsüm London klubunda 45 matç keçirən Qranit 7 qol və 7 məhsuldar ötürməyə imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR