İtaliya Seriya A seriyasında çıxış edən "Komo"nun müdafiəçisi Rafael Varan karyerasını başa vurub.
APA xəbər verir ki, bu barədə fransalı futbolçu özü açıqlama yayıb.
O, peşəkar karyerasını başa vurduğunu bildirib.
31 yaşlı mərkəz müdafiəçisi bir müddət əvvəl dizindən ağır zədə almışdı.
Qeyd edək ki, Rafael Varan mövsümün əvvəlində "Mançester Yunayted"dən ayrılıb "Komo" ilə 2 illik müqavilə imzalamışdı.