Bank Of Baku

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO

“Real Madrid” “Barselona”ya 3-1 hesabı ilə qalib gəlib - VİDEO
# 16 oktyabr 2022 21:04 (UTC +04:00)

“Real Madrid” 250-ci “El Klassiko”da “Barselona”nı məğlub edərək “La Liqa”da liderliyə yüksəlib və rəqiblərinə mövsümün ilk liqa məğlubiyyətini yaşadıb.

APA xəbər verir ki, Santyaqo Bernabo stadionunda keçirilən Real Madrid- Barselona qarşılaşması, kral klubunun 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Madrid təmsilçisinin heyətində fərqlənən oyunçular Benzema (12ci dəqiqə), Valverde (35-ci dəqiqə) və Rodrygo (90+1 dəqiqə) olub.

“Barselona” tərəfi isə yalnız bir dəfə rəqib qapısına yol tapa bilib F. Torres (83-cü dəqiqə).

Xatırladaq ki, hər iki tərəf oyuna qədər mövsümdə ilk səkkiz oyunda yeddi qələbə və bir heç-heçə ilə bərabər xala malik idi - lakin "Real" bu oyundakı qələbəsi ilə rəqibini üç xalla geridə qoymağı bacardı.

Qeyd edək ki, bu, Xavi üçün "Barselona"ya rəhbərlik etdiyi bir il ərzində “La Liqa”da ilk səfər məğlubiyyəti idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR