Fevralda Azərbaycandan Türkiyəyə qaz nəqli 6% artıb

Fevralda Azərbaycandan Türkiyəyə qaz nəqli 6% artıb
# 30 aprel 2018 09:32 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycandan Türkiyəyə 536,61 mln. kubmetr təbii qaz nəql edilib.

APA-Economics”in Türkiyənin Enerji Bazarını Tənzimlərə Qurumuna istinadən verdiyi məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 6,02% çoxdur. Fevral ayında Türkiyənin ümumilikdə qaz idxalında Azərbaycan qazının payı 9,93% təşkil edib.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında Azərbaycandan Türkiyəyə 506.14 mln. kubmetr təbii qaz nəql edilib.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan qardan ölkəyə 1 130,76 mln. kubmetr həcmində qaz nəql olunub ki, bu da ötən ilin müvafiq dövründən 3% çoxdur.

Bu ilin fevral ayında isə Türkiyə ümumilikdə 5 mlrd. 403,56 mln. kubmetr qaz idxal edib. Bu, 2017-ci ilin iki ayı ilə müqayisədə 2,87% çoxdur. Ötən ilin yanvar-fevral aylarında ümumilikdə Türkiyəyə təbii qaz idxalatı 5 mlrd. 252,73 mln. kubmetr təşkil edib.

Belə ki, fevralda Türkiyə Rusiyadan 2 mlrd. 522,29 mln. kubmetr qaz idxal edib ki, bununla da şimal qonşumuz liderliyini qoruyub.

Hesabat ayında Türkiyə İrandan 685,54 mln. kubmetr təbii qaz alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR