Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 2% artıb

Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi 2% artıb
# 19 iyun 2017 14:14 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2% artaraq 472,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,7%-i hüquqi şəxs statuslu müəssisələrin, 59,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 189,5 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR