Xaçmazda beton sexi yanıb

Xaçmazda beton sexi yanıb
# 11 avqust 2017 04:14 (UTC +04:00)

Xaçmazda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə sahibi məlum olmayan ümumi sahəsi 1200 m2 olan beton sexində baş verib. Nəticədə sexin taxtadan ibarət tavanı 30 m2 sahədə və bitişik ümumi sahəsi 30 m2 olan talvarın yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR