Masallıda ev yanıb

Masallıda ev yanıb
# 09 fevral 2018 06:04 (UTC +04:00)

Masallı rayonunun Göyəçöl kəndində ümumi sahəsi 210 m2 olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 55 m2 sahədə, ikinci mərtəbədə 3 otağın və dəhlizin yanar konstruksiyaları 105 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR