ECO: Azərbaycanın islam həmrəyliyini gücləndirmək səylərini dəstəkləyirik

ECO: Azərbaycanın islam həmrəyliyini gücləndirmək səylərini dəstəkləyirik
# 02 mart 2017 13:22 (UTC +04:00)

"Azərbaycan hökumətinin müsəlman ölkələri arasında islam həmrəyliyini gücləndirmək və təbliğ etmək istiqamətindəki səylərini dəstəkləyirik".

APA-nın məlumatına görə, bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilən sammitinin yekununda qəbul olunan bəyannamədə deyilir. Bəyannamədə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi də yüksək qiymətləndirilib: “Üzv ölkələri Azərbaycanda "İslam Həmrəyliyi ili" çərçivəsində təşkil olunacaq tədbirlərdə, o cümlədən 4-cü İslam Həmrəyliyi Oyunlarında və may ayında keçiriləcək 4-cü Mədəniyyətlərarası Dialoq Forumunda aktiv iştirak etməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR