Bakıdakı küçələrdən biri bir neçə saatlıq bağlanır

Bakıdakı küçələrdən biri bir neçə saatlıq bağlanır
# 22 fevral 2017 13:54 (UTC +04:00)

Aparılan təmir işləri ilə əlaqədar olaraq Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində 23 fevral 2017-ci il tarixində səhər saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saat ərzində tətbiq ediləcək.

"Göstərilən müddət ərzində sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR