İsrail Qəzza zolağına hava zərbəsi endirib

İsrail Qəzza zolağına hava zərbəsi endirib
# 06 fevral 2017 20:46 (UTC +04:00)

İsrailə məxsus hərbi təyyarələr Qəzza zolağına hava zərbəsi endirib.

APA-nın xəbərinə görə, bu barədə İsrail müdafiə nazirliyinin açıqlamasında bildirilir.

Hər iki tərəfdən olan itkilər barədə məlumat verilmir. İsrail hərbçiləri hədəfdə “Həmas”ın mövqelərinin olduğunu vurğulayıb.

Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin Aşkelon şəhərinin yaxınlığına düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti «Həmas» təşkilatının üzərinə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR