Pirallahıda mənzildən qadın meyiti tapılıb

Pirallahıda mənzildən qadın meyiti tapılıb
# 03 sentyabr 2015 08:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən meyit tapılıb.

Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ə. Əlizadə küçəsi ev 28, mənzil 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1963-cü il təvəllüdlü Rəna Ağayevanın meyiti yaşadığı evdə aşkar edilib. İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR