Bakıda dönərxanada baş verən partlayışın səbəbi məlum olub - YENİLƏNİB-2

Bakıda dönərxanada baş verən partlayışın səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB-2
# 21 fevral 2017 11:16 (UTC +04:00)

Sabunçu rayonunun Zabrat qəsəbəsində dönərxanada partlayışa qaz balonunun partlaması səbəb olub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, partlayış nəticəsində 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.

İlkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə partlayıb.

***

14:05

Bakıda dönərxanada baş verən partlayışda xəsarət alan 5 nəfərin adı məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, partlayış nəticəsində 1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rəfael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı xəsarət alıblar.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

***

saat 13.38

Bakıda dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

***

saat 13.30

Bakıda dönərxanada partlayış olub.

APA-nın məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR