Gürcüstan Azərbaycana avtomobil ixracını 5 dəfədən çox azaldıb

Gürcüstan Azərbaycana avtomobil ixracını 5 dəfədən çox azaldıb
# 24 iyul 2015 13:39 (UTC +04:00)

"APA-Economics" Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 750 ədəd avtomobil və ya 5,4 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,56 dəfə azalıb. Ötən may ayı ilə müqayisədə isə bu, 188 maşın və ya 9,31% çoxdur.

Qeyd edək ki, bu ilin altı ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 31,65% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 41,61%-ni təşkil edib.

Bu ilin yanvar-iyun ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 12,09% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayında Gürcüstandan Azərbaycana 130 772,5 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 2,22 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR