Caspian European Club və Caspian American Club seminar keçirib

Caspian European Club və Caspian American Club seminar keçirib
# 22 fevral 2017 13:13 (UTC +04:00)

Caspian European Club (Сaspian Business Club) və Caspian American Club çərçivəsində 22 fevral 2017-ci il tarixində Bakıda “Şirkət hədəfləri və insan resurslarının strateji rolu” mövzusunda seminar təşkil olunub.

Seminarı Barattson School of Business and Finance tədris mərkəzinin nümayəndəsi Orxan İsayev aparıb.

«HR Consultant» kursunun (kurs haqqında məlumat: http://bit.ly/2jEFaES; http://bit.ly/2irZL16) bir hissəsi olan seminar Azərbaycanda ilk dəfə keçirilib.

Seminar çərçivəsində HR-mütəxəssislər HR-sisteminin yaradılması və təkmilləşdirilməsinin yolları və auditin təşkili barədə praktik biliklər əldə ediblər.

Seminar zamanı iştirakçılar simulyativ şirkət misalında HR-sistemi ilə bağlı strategiya, siyasət, prosedur və digər normativ sənədləri hazırlamaq və auditin aparılmasını həyata keçirmək imkanı əldə ediblər.

Orxan İsayev Azərbaycanda və onun hüdudlarından kənarda HR-konsultant olaraq qazandığı təcrübəni seminar iştirakçıları ilə bölüşüb.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un (Caspian Business Club) sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu bildirilib. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

Seminarda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR