Bank Of Baku

Səudiyyə Ərəbistanı klubu Fatih Terimə rəsmi təklif göndərib

Fatih Terim

© APA | Fatih Terim

# 26 dekabr 2024 11:51 (UTC +04:00)

Fatih Terim karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Əl-Şabab" klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.

Hazırda tərəflər arasında aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Terim, İngiltərənin "Vulverhempton" klubuna yollanan baş məşqçi Vitor Perreyranın yerini doldura bilər. Hazırda "Əl-Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı sırada yer alır.

Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" də türkiyəli mütəxəssislə maraqlanırdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR