UEFA milliləşən braziliyalı ilə bağlı Ukraynanı cəzalandırmayacağını açıqlayıb

UEFA milliləşən braziliyalı ilə bağlı Ukraynanı cəzalandırmayacağını açıqlayıb
# 03 may 2019 12:52 (UTC +04:00)

Ukrayna yığması braziliyalı futbolçu Junior Moraesin xidmətindən yararlandığı üçün cəzalanmayacaq.

ONA-nın məlumatına görə, bu barədə qərarı UEFA nizam-intizam orqanı verib.

Qurum AVRO-2020-nin seçmə mərhələsində Ukraynanın rəqibləri olan Lüksemburq və Portuqaliyanın şikayətinə baxıb. UEFA onun millidə oynamasını qaydalara uyğun sayaraq, hər hansı pozuntunun olmadığını müəyyənləşdirib.

“Şaxtyor”da çıxış edən 31 yaşlı cənubi amerikalı iki ay öncə Ukrayna vətəndaşlığı alaraq yığmaya çağırılıb. O, seçmə mərhələnin Portuqaliya (0:0) və Lüksemburqla (2:1) görüşlərinə sifariş olunub. Bu iki komanda isə milliləşmə qaydalarının pozulmasından UEFA-ya şikayət edib.

Qeyd edək ki, FİFA reqlamentinə görə futbolçu milliləşmək üçün həmin ölkənin ərazisində fasiləsiz 5 il yaşamalıdır. J.Moraes Çinin “Tyantszin” klubuna icarəyə verilənədək 4 il 8 ay, qayıtdıqdan sonra isə 1 il 9 ay Ukraynada olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR