"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu olub
# 18 may 2025 01:22 (UTC +04:00)

Portuqaliya çempionatında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, çempionun adına son turda aydınlıq gəlib.

Qızıl medallar uğrunda Lissabon təmsilçiləri - "Sportinq" və "Benfika" yarışıblar. Öz meydanında "Gimarayes"lə qarşılaşan "şirlər" 2:0 hesabı ilə qələbə qazanaraq "Braqa" - "Benfika" (1:1) matçının nəticəsindən asılı olmayaraq, çempion titulu qazanıblar.

Qeyd edək ki, "Sportinq" ardıcıl ikinci, tarixində isə 21-ci dəfə Portuqaliyanın ən güclü klubu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR