Azərbaycanın işğal altındakı 800 milyon kv.m ərazisi partlamamış hərbi sursatlarla çirklənib

Azərbaycanın işğal altındakı 800 milyon kv.m ərazisi partlamamış hərbi sursatlarla çirklənib
# 03 avqust 2015 10:58 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Beynəlxalq, xüsusən də Balkan yarımadasındakı təcrübə göstərir ki, belə ərazilərin təqribən 4-6 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş olur”.

APA-nın məlumatına görə, bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib. H. Səfixanov deyib ki, Azərbaycanın işğal altındakı ərazilərinin təxminən 500-800 milyon kvadrat metri şübhəli və təhlükəlidir.

Onun sözlərinə görə, keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır: “Saloğluda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrangöldə çoxlu sayda partlamamış hərbi sursat üzə çıxıb. Samux rayonunda Sovet Ordusundan qalma aviabombalar aşkarlanıb ki, bunlar da mülki əhali üçün olduqca təhlükəlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR