"Moody`s" Azərbaycanın bir neçə aparıcı bankının reytinqini endirib

"Moody`s" Azərbaycanın bir neçə aparıcı bankının reytinqini endirib
# 05 iyun 2015 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Moody 's” beynəlxalq reytinq agentliyi Kontragentin Risklərinin Qiymətləndirilmələri (CR) üzrə Azərbaycanın 6 bankının yeni reytinqini açıqlayıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

"Moody's" Azərbaycan Beynəlxalq Bankına "Ba2" (CR), "Bank of Baku" və “VTB Bank (Azərbaycan)"a "Ba3" (CR), "UniBank", "Bank Respublika" və "Xalq Bank"a "B1" (CR) reytinqini verib.

"Moody's" "Azərbaycan Beynəlxalq Bankı"nın, "Unibank"ın və "Bank Respublika"nın reytinqlərini və qiymətləndirilməsini təsdiqləyib və Azərbaycanda sadə olmayan əməliyyat mühiti ("Baa3", sabit) və banklara maliyyə əsaslı təzyiqləri nəzərə alaraq onların uzunmüddətli borc reytinqlərinin proqnozunu "Pozitiv"dən "Sabit"ə dəyişib.

Azərbaycan Beynəlxalq Bankının "B3 BCA" və düzəliş olunmuş BCA reytinqinin təsdiqlənməsi, uzunmüddətli depozitlərə görə "Ba3" və təminatsız prioritet borc reytinqinin proqnozunu sabit qiymətləndirməsi, eləcə də subordinasiya olunmuş borc və depozitlərə gözə qısamüddətli reytinqinin "B1" səviyyəsində qiymətləndirilməsi bankın elan etdiyi yenidən kapitallaşma tədbirlərini nümayiş etdirir. Bu tədbirlər manatın devalvasiyasının növbəti mənfi təsirlərinin azaldılması potensialını müdafiə edir və daha çox ehtiyatlara tələbin olacağı gözlənilir.

Beynəlxalq Bank Mərkəzi Bankdan fevralın 27-də kapitalının dəstəklənməsi üçün 250 mln. manat həcmində subordinasiya krediti alıb. Bu isə banka 2015-ci ilin aprelin 1-ə qədər kapitalın adekvatlılığı tələbini normada 12,02%-də saxlamağa imkan verib. Kapitalın cəlb edilməsinin ilkin planına uyğun olaraq 2015-ci ilin yanvar ayında səhmdarlar birinci mərhələdə 100 mln. manatın cəlbinə razılıq veriblər. Bu ilin martında isə bu məbləğin 51 mln. manatı banka verilib. Bundan başqa, aprelin 2-də səhmdarlar əlavə olaraq 200 mln. manatın cəlbinə razılıq veriblər və bu məbləğ bu ilin sonuna kimi ödəniləcək.

"Moody 's"in analitikləri hesab edir ki, kapitalın bütünlüklə cəlbi nəzərə alınmaqla Beynəlxalq Bankın kapital buferi mərkəzi stress-ssenarilərdən mümkün zərərlərin azaldılması üçün kifayət olacaq. Eyni zamanda, bankın reytinqi, hər bir kreditə yüksək nəzarət və əsas ciddi gəlirlilik aktivlərin keyfiyyətinin pisləşməsinin qabağını almaqda davam edir.

Agentliyin mütəxəssislərinin fikrincə, Beynəlxalq Bank üçün dövlət tərəfindən böyük dəstək mümkündür. Buna görə də, bankın reytinqi BCA-dan 3 pillə yüksək "B3" səviyyəsində təsdiqlənib. Bu reytinq xüsusi mülkiyyətə hökumətin nəzarəti, Azərbaycanın ən iri banklarından biri olması, milli daxili franşiza və xidməti dəstək siyahısının olması ilə əsaslandırılıb.

“Unibank”ın "b2" BCA və BCA-da düzəliş reytinqinin verilməsi, bankın uzunmüddətli depozit reytinqinin sabiq qiymətləndirilməsi, qısamüddətli depozit reytinqi əsas gəlirliliyi və kapitallaşma kredit xərclərinin gözlənilən artımı ilə bağlı itkilərin azaldılması üçün “yastığın” kifayət qədər olmasını təmin edir. Bununla yanaşı, istehlak kreditləşməsində və manatın devalvasiyası ilə əlaqədar xarici valyutada hedc olunmamış borcalanların artması nəzərə alınmaqla “Unibank”ın reytinqi aktivlərin keyfiyyətinə təzyiqi saxlayır.

Mürəkkəb əməliyyat mühiti və pərakəndə ticarətin aşağı inkişaf tempinə baxmayaraq “Unibank” kredit verməkdə davam edib ki, nəticədə bankın gecikdirilmiş kreditlərinin həcmi 2013-cü ildəki 3,1%-dən 2014-cü ilin sonuna 6,8%-ə yüksəlib. “Moody 's”in mütəxəssisləri yüksək inflyasiya fonunda alıcılıq qabiliyyətinin azalması, manatın bir qədər əvvəlki devalvasiyası və işsizliyin artmasını əsas gətirib kreditləşmə sahəsində mənfi tendensiyanın davam edəcəyini gözləyirlər. 2014-cü ildə kredit portfelində kredit xərclərinin 3% təşkil edib. Agentliyin proqnozlarına görə, 2015-ci ildə kredit xərcləri 7%-ə yüksələcək.

“Bank Respublika”nın b2 BCA və BCA, B2-də düzəliş reytinqinin verilməsi,bankın uzunmüddətli depozit reytinqinin sabiq qiymətləndirilməsi, Not-Prime qısamüddətli depozit reytinqi itkilərin azaldılması və “likvidlik yastığı”nın qənaətbəxş olmasını əks etdirir. Bununla yanaşı, reytinqlə “Bank Respublika”nın böyük valyuta risklərini nəzərə alaraq aktivlərin keyfiyyətinin pisləşməsi gözlənilir ki, bu da gəlirliliyə və kapitallaşmaya təzyiqi artıracaq.

Analitiklər hesab edir ki, “Bank Respublika”nın problemli kreditləri sektordakı orta göstəricidən də aşağıdır - 1,2%. Bu kredit portfelinin şaxələndirilməsi və daha az riskə getməklə əlaqələndirilir. Bununla belə, agentliyin mütəxəssisləri hesab edir ki, 2014-cü ilin sonuna kredit portfelinin 44%-nin xarici valyutada olması bankı manatın devalvasiyasından sonra aktivlərinin pisləşməsi riskinə məruz qoyur.

"Moody`s" beynəlxalq reytinq agentliyində hesab edirlər ki, Azərbaycanda mürəkkəb əməliyyat sisteminin qalması ABB, “Unibank”, “Bank Respublika”nın reytinqlərinin yüksək reytinq dəyişdirilməsini məhdudlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR