Rusiyanın Altay diyarında yerləşən evlərdən birində yanğın baş verib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında Zavyalovski rayonunda baş verən yanğında 6 nəfər ölüb, onlardan dördü azyaşlıdır.
Əraziyə yanğınsöndürənlər cəlb edilib, faktla bağlı cinayət işi başlanılıb.