Azərbaycanın sığorta bazarı 11% artıb

Azərbaycanın sığorta bazarı 11% artıb
# 17 iyun 2015 07:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-may aylarında, Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 207,6 mln. manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 74,5 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.

Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35,9 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-may aylarında 29,5 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR