“Buta Sığorta”nın səhm emissiyası baş tutmayıb

“Buta Sığorta”nın səhm emissiyası baş tutmayıb
# 11 avqust 2015 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Buta Sığorta” ASC-nin səhm emissiyası baş tutmayıb.

Bu barədə “APA-Economics”ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) məlumat verilib.

Məlumata əsasən, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1.1.-ci maddəsi və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”nın 4.47.1-ci bəndinə əsasən QKDK-nin 125 saylı 10 avqust 2015-ci il tarixli Əmri ilə “Buta Sığorta” açıq səhmdar cəmiyyətinin QKDK tərəfindən 19 mart 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış (qeydiyyat №-si AZ1001005292) hər birinin nominal dəyəri 20 manat olan 200 000 ədəd adi adlı səhmlərinin buraxılışı baş tutmamış hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR