Çempionlar Liqasında ilk finalçı bəlli olub - VİDEO

Çempionlar Liqasında  ilk finalçı bəlli olub - <span style="color: red;">VİDEO
# 12 may 2015 22:52 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, “Bavariya” ilə “Barselona” Münhendə münasibətlərinə aydınlıq gətiriblər.

İlk oyunda rəqibini 3 cavabsız qolla məğlubiyyətə uğradan Kataloniya klubu finalın bir addımlığında idi. La Liqada da artıq çempionluğa çox yaxın olan “Barsa” ÇL-dəki üstünlüyü əldən vermədi..

Final görüşünün Berlinə salınması “Bavariya”ya əlavə stimul verə bilərdi, amma Pep Qvardiola səfərdə olduğu kimi, evdə də aparıcı oyunçuların xidmətindən məhrum idi. Söhbət Aryen Robben, Frank Riberi, David Alaba və Holqer Badştuberdən gedir. Adıçəkilən oyunçular Barselonada olduğu kimi, Münhendə də meydançaya çıxa bilmədilər. Yalnız Sebastian Rodenin iştirakı mümkün oldu.

“Barselona” isə yenə görüşə ideal heyətlə çıxmışdı. Yalnız zədəli Jeremi Matyunun oynayıb-oynamayacağı məlum deyildi ki, o, da ikinci hissədə, oyunun gedişində meydana daxil oldu.

Oyun isə olduqca sürətli başladı. İlk dəqiqələrdən üstünlüyü ələ alıb, erkən qol vurmaq istəyən almanlar bu istəklərinə də tez çatdılar. Artıq 7-ci dəqiqədə Benatia künc zərbəsindən ötürülmüş topu başla tora qovuşdurmuşdu.

Ancaq Messi, Suarez, Neymar triosu hər şeyi belə qoya bilməzdi. Çox keçmədən ard-arda iki dəfə Mesinin başladığı hücumu Suarez davam etdirib Neymara ideal ötürmə elədi, sonuncu isə fürsəti boşa vermədi.

Artıq "Bavariya"nın möcüzəyə belə ümidi qalmamışdı. Ancaq təsəlli və şərəf üçün oynamağa dəyərdi ki, almanlar da məhz bu prinsipi əldə rəhbər tutaraq sona qədər təslim olmadı.

Levandovski və Müllerin olduqca baxımlı alınan iki qolu münhenlilərə qələbə gətirdi.

Ancaq bu qələbə təsəllidən başqa heç bir işə yaramadı.

"Barselona" 2014/25 mövsümü Çempionlar Liqası turnirinin ilk finalçısıdır.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

12 may

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 3:2

Qol: Benatia, 7, Levandovski, 58, Müller, 74 - Neymar, 15, 29

Baş hakim: Mark Klattenburq (İngiltərə)

Stadion: “Alyans Arena”. Münhen

İlk oyunun nəticəsi – 0:3

“Bavariya”: Noyer, Benatiya, Rafinya, Boatenq, Bernat, Lam, Xabi Alonso, Tyaqo, Şvaynştayqer, Levandovski, Müller

Ehtiyat oyunçular: Reyna, Dante, Xavi Martines, Götse, Rode, Vayser, Pizarro

“Barselona”: Ter Ştegen, Pike, Masçerano, Xordi Alba, Dani Alves, Rakitiç, Buskets, İniesta, Suares, Messi, Neymar

Ehtiyat oyunçular: Bravo, Bartra, Adriano, Matye, Xavi, Rafinya, Pedro

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR