Bank Of Baku

Super Liqa: “Fənərbaxça” öz meydanında xal itirib

Super Liqa: “Fənərbaxça” öz meydanında xal itirib
# 25 yanvar 2026 23:03 (UTC +04:00)

Türkiyə Super Liqasında XIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qaziantepspor” doğma meydanda “Konyaspor”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Lider “Qalatasaray”ı yaxından təqib edən “Fənərbaxça” isə ev oyununda xal itkisi ilə üzləşib. İstanbul təmsilçisi “Göztəpə” ilə qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası
XIX tur
15:30. "Qaziantepspor" - "Konyaspor" - 1:1
18:00. "Antalyaspor" - "Gənclərbirliyi" - 2:1
18:00. "Rizəspor" - "Alanyaspor" - 1:1
21:00. "Fənərbaxça" - "Göztəpə" - 1:1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR