Bank Of Baku

"Tottenhem"lə oyunda ağır zədə alan İkardi əməliyyat olunacaq

"Tottenhem"lə oyunda ağır zədə alan İkardi əməliyyat olunacaq
# 08 noyabr 2024 13:52 (UTC +04:00)

Türkiyənin "Qalatasaray" komandasımın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı futbolçu Avropa Liqası Liqa fazasının 4-cü turunun "Tottenhem"lə matçında (3:2) ağır zədə alıb.

İkardinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. 32 yaşlı forvard yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, "Qalatasaray" Mauro İkardini 2022-ci ilin yayında PSJ-dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR