Bank Of Baku

Türkiyə Super Liqası: “Qalatasaray” və “Başakşəhər” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqası: “Qalatasaray” və “Başakşəhər”  səfərdə qələbə qazanıb
# 08 fevral 2026 20:01 (UTC +04:00)

Türkiyə Super Liqasında XXI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Başakşəhər” səfərdə “Eyüpspor”la üz-üzə gəlib.

Gərgin keçən matçda azarkeşlər üç qolun şahidi olublar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyununda lider “Qalatasaray” səfərdə “Rizəspor”u məğlub edib. Barış Alper Yılmaz, Yunus Akgün və Viktor Osimhenin vurduğu qollarla İstanbul təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

“Konyaspor” – “Göztəpə” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR