Bank Of Baku

UEFA Avropa Liqası pley-off mərhələsi: “Fənərbaxça” “Anderlext”i böyük hesabla məğlub edib

UEFA Avropa Liqası pley-off mərhələsi: “Fənərbaxça” “Anderlext”i böyük hesabla məğlub edib
# 13 fevral 2025 23:47 (UTC +04:00)

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” komandası İstanbulda “Anderlext”i qəbul edib.

"Sarı-lacivərdlilər" ilk dəqiqlərdən üstünlüyü ələ alıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər matçında isə, "Ayaks" "Yunion"u səfərdə 2 cavabsız qolla məğlub etməyi bacarıb.

Turun digər qarşılaşmaları Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İstanbulun "Qalatasaray" klubu "AZ Alkmaar”ın (Niderland) qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR